Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR

Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR
  • Maraqlı / Araşdırma

  • Dünyanın ən ucuz avtomobillərinin siyahısı açıqlanıb.

    Asiya.az xəbər verir ki, siyahı böyük marağa səbəb olub.

    Siyahıya Hindistanda istehsal edilən “Bajaj Qute” avtomobili liderlik edir. İstehsalçı ölkədə bu avtomobil cəmi 700 dollara satılır. Sənədlərə əsasən, bu avtomobil kvadrosikl sayılır. Mühərrikin həcmi 0.2 litrdir və maksimal sürəti 70 km/saatdır.

    Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR

    İkinci yeri də Hindistanda istehsal edilən avtomobil tutub. Söhbət “tata Nano” modelindən gedir. Avtomobilin mühərriki 0.5 litr həcmlidir. “Tata Nano”nun maksimal sürəti 100 km/saatdır.

    Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR

    Siyahıda üçüncü yer yaponlara məxsusdur. “Datsun Redi-GO” bürünc medala layiq görülüb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.

    Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR

    Siyahının dördüncü pilləsində “Maruti Suzuki Alto 800” qərarlaşıb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.

    Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR

    Top beşliyi Fransa istehsalı bağlayır. “Renault Kwid” markalı avtomobil beşinci yerə layiq görülüb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.

    Dünyanın ən ucuz avtomobilləri — SİYAHI və FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər