“Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz” - SON SÖZ DEYİLDİ

“Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz” - SON SÖZ DEYİLDİ
  • Manşet / Hadisə

  • Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinin davamı başlayıb.

    Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib: "Məni bir Maqsud Mahmudovun işinə görə tutublar. Həmin epizodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır".

    General Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: "Məni siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər naliyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim olub. Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu, belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm".

    O, çıxışında bir dəfə də olsun keçmiş rəhbərinin adını çəkməyib.

    Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb.

    Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər