Məşhur türk serialından “Qarabağ”a dəstək – VİDEO

Məşhur türk serialından “Qarabağ”a dəstək – VİDEO
  • Mədəniyyət / Manşet / İdman

  • Türkiyənin "FOX” telekanalında yayımlanan "Savaşçı” serialının 23-cü bölümünün növbəti fraqmanı yayımlanıb.

    Asiya.az yenicag.az-aa istinadən xəbər verir ki, fraqmanda Azərbaycan və Türkiyənin qardaş ölkələr olmasına dair fikirlər səsləndirilib.

    Bundan başqa, Azərbaycanda da maraqla izlənilən serialda "Qarabağ”a da dəstək mesajı verib. Belə ki, "Kılıç” manqasının əsgərləri Qarabağ xareoqrafiyası ilə diqqət çəkib.

    Sözsüz ki, bu da əbəs deyil. Maraq üçün bildirək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ” – "Atletiko” matçında ağdamlı azarkeşlərin "Qarabağ” adı yazılan kiçik xareoqrafiyası müzakirələrə səbəb olmuşdu.

    Fraqmanda bu ifadələrə yer verirlib:

    "Kılıç” manqası bu qərargahdan çıxanda bir qoluna türk bayrağı, digərinə Azərbaycan bayrağı taxdı. Bu, qardaş olmaqdan irəli gəlir. Bəlkə də dünyanın atəş xəttində ən uzun müddət qalan ordularıyıq. Türkiyə illərdir seperatçı terror təşkilatlarıyla, Azərbaycan isə başda Qarabağ olmaqla müxtəlif məsələlərlə mübarizə aparır. Bu iki dövlət, bir millət hər zaman ayaqda olacaq və arzu etdiyi hədəflərə mütləq çatacaq.”


    PAYLAŞ:

    Oxşar xəbərlər