Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü? (TƏFƏRRÜAT)

Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü? (TƏFƏRRÜAT)
  • Manşet / Olay

  • Bakı şəhərinin Suraxanı rayonunda biznesmenin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, bir vaxtlar iş adamı kimi tanınan və Yasamal rayonundakı "Şüşəli bazar”ın sahibi olan Qulu Quliyevin külli miqdarda kredit borcuna görə özünü öldürdüyü məlum olub.

    Belə ki, son illər uğursuzluq zolağından çıxa bilməyən və biznesi batan iş adamının 3 banka külli miqdarda borcunun olduğu müəyyənləşib. Onun fəaliyyətini dayandırmış banklardan birinə 90 min manat borcunun olduğu məlum olub. Həmçinin başqa iki bankdan götürdüyü kreditləri də vaxtında qaytara bilməməsi Q.Quliyevi çıxılmaz vəziyyətə salıb.

    Hadisənin baş vermə şəraitinə gəlincə, dekabrın 2-nə keçən gecə Q.Quliyev yaşadığı Hövsan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində özünü asıb. Dünən səhər saatlarında ailə üzvləri onun cansız bədənini asılı vəziyyətdə aşkarlayıblar.

    Araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər