İş adamının şəhid qızını öldürən oğlu tutuldu - 17 yaşı var

İş adamının şəhid qızını öldürən oğlu tutuldu - 17 yaşı var
  • Olay

  • Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Asiya.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatında deyilir.

    Noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

    A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Məlumat üçün bildirək ki, hadisə Bayraq Meydanı yaxınlığında baş verib. Mətbuatda yazılıb ki, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Asiya.az xəbər verir ki, criminal.az-ın apardığı araşdırmaya görə, R.Rəhimlinin atası "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

    A.Rəhimov 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib. Bilinən odur ki, A.Rəhimov "Yeganə Mamed” kimi tanınan, uzun illər "Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.

    A.Rəhimovun 2015-ci ildə seçicilərə müraciətindən qeydləri təqdim edirik: "50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasinin Milli Məclisinə deputatlığa namizəd Rəhimov Akif Şəmiddın oğlu 1969-cu il may ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalında fəhlə ailəsində anadan olmuşdur.1986-cı ildə orta məktəbi bitirmişdir.1987-1989-cu illərdə əskəri xidmətdə olmuşdur. Ali təhsilli hüquqşünasdır.

    Rəhimov Akif Şəmiddin oğlu 1995-1998 ci illərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq,Moskva şəhərlərində sahibkarlıqla məşğul olub. 1998-ci ildən Azərbaycana qayıdıb, çoxşaxəli sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda Rəhimov Akif Şəmiddin oğlu "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

    Yada salaq ki, 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında "JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb. Qəzadan ötən 20 gün ərzində hüquq mühafizə orqanları şəhidin həyat yoldaşına sürücünü müəyyən edə bilmədiklərini deyirdilər.Bu haqda şəhidin həyat yoldaşı "Yeni Müsavat”a açıqlamasında bildirirmişdi. Demişdi ki, istintaqçılar sürücünün yaşadığı ünvana gedirlər, valideynləri övladlarının harada olmasından xəbərsiz olmasını söyləməklə qapıdan geri qaytarır. Mətbuatda şəhid xanımının müraciətlərindən sonra Rəhim Rəhimovun yeri bilindi və o, saxlanıldı.

    Qeyd edək ki, B.Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər: "Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”. Hazırda qəza ilə bağlı Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Vüqar Abbasov istintaq aparır.


    İş adamının şəhid qızını öldürən oğlu tutuldu - 17 yaşı var
    İş adamının şəhid qızını öldürən oğlu tutuldu - 17 yaşı var
    PAYLAŞ:

    Oxşar xəbərlər