Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı? – SƏBƏB

Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı? – SƏBƏB
  • Siyasət / Manşet

  • Xəbər veridiymiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vergilər Naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib.

    Prezidentin imzaladığı bir digər sərəncamla bu vəzifəyə Təhsil Naziri Mikayıl Cabbarov gətirilib.

    Asiya.az xəbər verir ki, azxeber.com-un məlumatına görə, günün sonunda ölkədə iki böyük nazirlikdə edilən dəyişiklik heç də gözlənilməz olmayıb. Belə ki, zaman-zaman mətbuatda Fazil Məmmədovun səhhəti ilə əlaqədar olaraq müalicə alması ilə bağlı məlumatlar yayımlanıb.

    Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.

    Məhz bir neçə müddətdir ki, işə çıxa bilməyən nazir yalnız müəyyən müddətlərlə işə gələ bilirmiş. Bu səbəbdən o özü bu vəzifəni daşıya bilmədiyini söyləyərək vəzifəsindən azad olunmasını ölkə rəhbərliyindən istəyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər