İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

    Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında iştirak ediblər.

    Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

    Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba “ASAN həyat” Kompleksi barədə ətraflı məlumat verdilər.

    Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

    Dövlət başçısı Quba “ASAN xidmət” Mərkəzini işə saldı.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular.

    “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

    Prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşdü.

    Dövlət başçısı görüşdə çıxış etdi.

    Sonda xatirə şəkli çəkdirildi.

    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

    Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

    Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

    “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

    Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşdü.

    Sonda xatirə şəkli çəkdirildi.

    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub
    İlham Əliyev və xanımı Quba rayonunda səfərdə olub

    PAYLAŞ:

    Oxşar xəbərlər