Salyanda amansız qətl: Arvadını və 4 qızını öldürdü – FOTO

Salyanda amansız qətl: Arvadını və 4 qızını öldürdü – FOTO
  • Hadisə

  • Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilmiş ağır cinayətlə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

    Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

    Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Evin xanımı Mehparə Nadir qızı Əliyeva dörd qızı (İradə, Rəqibə, Sevda və Ümidə) ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirilib.

    Daha sonra cəsədlər həyətdə basdırılıb.

    Asiya.az xəbər verir ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyev içki düşkünü olub. Yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməyi ilə həyətlərində basdırıldığı məlum olub.

    Bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində onlarla bağlı süjetin göstərilməsi hadisələrin açılmasına zəmin yaradıb. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

    Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən ekshumasiya ediləcəyi gözlənilir.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.


    Salyanda amansız qətl: Arvadını və 4 qızını öldürdü – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər