Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)

Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)
  • Sosial

  • Bakı şəhərində ən böyük yolka Bulvarda, Kukla teatrının yanındakı böyük meydançada quraşdırılır.

    Asiya.az xəbər verir ki, bu barədə azvision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib.

    Şöbə müdirinin sözlərinə görə, yolkanın hündürlüyü 35 metr olacaq: "Hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində Bulvarda insanların sayı çox olacaq. Tətillər başlayır, sakinlər ailəsi, kiçik yaşlı uşaqları ilə Bulvara gəzməyə gəlirlər. Bayram ərəfəsində, bayramdan bir neçə gün əvvəl və sonra idarəmiz gücləndirilmiş iş rejimində çalışacaq. Atraksion, karusel, restoran sahibləri həmin günlərdə iş saatlarını artıracaqlar ki, insanlar rahat istirahət edib, əylənə bilsinlər".

    N.Məcidov qeyd edib ki, "Neftçilər" prospekti istiqamətində ağacların işıqlandırılmasına başlanılıb: "Bulvarda ağaclar rəngbərəng işıqlarla bəzədiləcək. Əvvəlki illərdə olduğu kimi Bulvarda hər addımbaşı yolka ağacı olmayacaq. Bir yolka Kukla teatrın yanında olacaq, orada Şaxta baba və Qar qız fəaliyyət göstərəcək. İnsanlar gəlib təmannasız şəkil çəkdirə biləcəklər".


    Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)
    Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)
    Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)
    Bakının ən böyük yolkası harda qurulur? (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər