Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)
  • Maraqlı / Araşdırma

  • Çay ən çox istifadə olunan içkilərdən biridir. Bir fincan ətirli isti çay yalnız dadlı deyil, həmdə olduqca faydalı ola bilər.

    Asiya.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, çayı bu əlavələrlə hazırlasanız, görərsiniz ki, adi bir içkini necə gözəl, heyranedicidi dad və təkrarolunmaz ətirli bir içkiyə çevirmək olar.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    1. Qurudulmuş sitrus qabıqları

    Limon, portağal və digər sitrus meyvələrinin qabıqlarını qurudun. Bunları çaya əlavə edərək siz yalnız ətirli içki deyil, həm də faydalı bir dərman əldə edəcəksiniz.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    2. Qurudulmuş qaragilə və ya böyürtkən giləmeyvələri

    Bu giləmeyvələrlə çay təmizləyici təsirə malikdir. Mədə-bağırsaq traktının xroniki xəstəliklərinin qarşısını almağa yardımçı olur. Bu cəhəti xüsusi ilə zəhərlənmə zamanı aktualdır. Böyürtkən çayı həm də, mədə və bağırsaqlarda xroniki xəstəliklər zamanı, qanaxmanın qarşısını alır.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    3. Yasəmən çiçəkləri

    Ümumi gücsüzlük, halsızlıq və yorğunluq sindromunda çox faydalıdır. Yasəmən iştahı artırır, aşağı qan təzyiqini yüksəldir, mədənin selikli qişasının iltihabını aradan qaldırır.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    4. Zəncəfil kökü

    Bu maddələr mübadiləsini aktivləşdirməyə qadir olan ən faydalı tonuslaşdırıcı vasitələrdən biridir. Çayı hazırlamaq çox sadədir, zəncəfili xırdalayıb üzərinə qaynar su əlavə eləmək kifayətdir. Zəncəfil ilk növbədə isidici və gümrahlaşdırıcı xüsusiyyətləri ilə tanınır. Çox vaxt onu arıqlamaq üçün, aktiv yağ yandırıcı kimi istifadə eləyirlər.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    5. Həmişəbahar çiçəyi

    Bu ətirli çiçəklərin toxumları və ləçəkləri nəhəng bakterisid təsirə malikdirlər. Əgər üfüqdə soyuqdəymə və angina görünürsə, onda bu onları cay üçün əvəzolunmaz əlavəyə çevirir.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    6. Lavanda çiçəyi ilə çay

    Nevroz, stress və depressiyalar zamanı bu çox faydalı bir vasitədir. Bu spazmaları qaldıran güclü sakitləşdirici vasitədir.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    7. Nanə

    Nanəli çay haqqında hamı bilir. Nanəli çay qədər çox az sayda sakitləşdirici vasitə var. Nanənin ətirli qoxusu axşam vaxtı dincəlməyə, bronxial öskürəyi sakitləşdirməyə, soyuqdəymə zamanı hərarəti aradan qaldırmağa qadirdir.

    Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

    8. Razyana meyvəsi

    Razyana - ağciyər, boğaz, bağırsaq və böyrək iltihabları xəstəlikləri zamanı ən əla vasitədir. Üstəlik razyana çayının tamıda çox gözəldir.
    PAYLAŞ:

    Oxşar xəbərlər