28 yaşlı gənc Bakıda ticarət mərkəzində faciəvi şəkildə öldü

28 yaşlı gənc Bakıda ticarət mərkəzində faciəvi şəkildə öldü
  • Olay

  • Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

    Asiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

    Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər