Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi

Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi
  • Manşet / Hadisə

  • Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

    Asiya.az xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib.

    Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər