Prezident Zeynal Nağdəliyevin oğluna və daha 4 nəfərə rütbə verdi (SƏRƏNCAM)

Prezident Zeynal Nağdəliyevin oğluna və daha 4 nəfərə rütbə verdi (SƏRƏNCAM)
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

    Diplomatik rütbə alanlar arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğlu Nemət Nağdəliyev də var.
    PAYLAŞ:

    Oxşar xəbərlər