Qaynatasının xəyanətə görə öldürdüyü Ayselin FOTOsu

Qaynatasının xəyanətə görə öldürdüyü Ayselin FOTOsu
  • Hadisə

  • Ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınatası tərəfindən öldürülən gəlinin fotosu yayılıb.

    Asiya.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü, gəlini Aysel Xanağa qızı Məmmədovanın başından 2 güllə vuraraq qətlə yetirib.

    Belə ki, S.Məmmədovun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

    Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aysel isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dünən tüfənglə gəlinini güllələyərək öldürüb.

    İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışırlarmış, hətta Aysel Təhmasibə çılpaq fotolar da yollayıb.

    Qeyd edək ki, qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər