DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)

DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)
  • Manşet

  • Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

    Asiya.az xəbər verir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

    2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

    Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin "Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü "Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin təmə­lini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5-də Dövlət Sərhəd Xid­mə­tinin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsinin bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

    2017-ci ildə Dövlət Sərhəd Xidmətinin əsas nailiyyətləri sırasında bunlar da göstərilib:

    Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib, xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılmış, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb, 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.


    DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)
    DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)
    DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)
    DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər