Prezidentdən nazir və nazir müavini ilə bağlı FƏRMAN

Prezidentdən nazir və nazir müavini ilə bağlı FƏRMAN
  • Siyasət / Manşet

  • Bu gün Prezident İlham Əliyev fərman verib.

    Asiya.az xəbər verir ki, fərmana əsasən, "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 183; 2005, № 4, maddə 300; 2006, № 11, maddə 944; 2014, № 2, maddə 112, № 9, maddə 1027; 2017, № 1, maddə 51, № 8, maddə 1521) 1-ci hissəsində "Natiq Əliyev” və "Çingiz Məmmədov” sözləri müvafiq olaraq "Pərviz Şahbazov” və "Kərim Vəliyev” sözləri ilə əvəz edilib.

    Qeyd edək ki, Natiq Əliyev keçmiş energetika naziri idi, o, vəfat edib. Çingiz Məmmədov isə müdafiə nazirinin müavini vəzifəsindən bir müddət əvvəl çıxarılıb.

    Prezident fərmanı ilə yeni vəzifə tapşırılan Pərviz Şahbazov yeni energetika naziri, Kərim Vəliyev isə müdafiə nazirinin müavini vəzifələrini tuturlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər