Bakıda tikinti şirkəti rəhbəri həbs olundu

Bakıda tikinti şirkəti rəhbəri həbs olundu
  • Hadisə

  • "Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

    Asiya.az virtualaz.org-a istinadən bildirir ki, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

    Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər