Prezident “Elit star” Cəmilənin həyat yoldaşını təltif etdi — FOTO

Prezident “Elit star” Cəmilənin həyat yoldaşını təltif etdi — FOTO
  • Mədəniyyət / İdman

  • Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev tərəfindən təltif edilənlər arasında tanınmış sənətçilərin ailə üzvləri də var.

    Asiya.az xəbər verir ki, Azərbaycan Prezidenti ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə "Əməkdar Həkim" fəxri adının döş nişanını və vəsiqəsini təqdim etdiyi Kamil İsgəndərov tanınmış müğənni Cəmilə İsgəndərovanın ("Elit star" Cəmilə) həyat yoldaşıdır. Bu barədə "Ölkə.Az"-a danışan sənətçi sevincini paylaşıb:

    "Çox sevincliyəm. Çünki həyat yoldaşım uzun illərdir ki, çəkdiyi zəhmətinin bəhrəsini gördü. Bu onun üçün böyük hədiyyədir. Ailəmiz adından Cənab Prezidentə təşəkkürümü bildirirəm. Bu, həm də mənim uğurumdur. Çünki Kamil yarışlara gedəndə günlərlə evdə tək qalmışam, əziyyətlərimiz olub. Ancaq bu hədiyyə bütün əziyyətləri unutdurdu".
    Qeyd edək ki, C.İsgəndərovayla K.isgəndərovun iki övladı, dörd nəvəsi var.


    Prezident “Elit star” Cəmilənin həyat yoldaşını təltif etdi — FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər