Ələt-Astara yolu nə vaxt istifadəyə veriləcək?

Ələt-Astara yolu nə vaxt istifadəyə veriləcək?
  • Sosial

  • Asiya.az bildirir ki, uzunluğu 173,6 km olan və hazırda istifadədə olan yolu 38,4 km qısaldacaq yeni Ələt-Astara yolu bu il istifadəyə verilməyəcək.

    Çünki yolun hazır olan hissələri arasında bitişdirici işlər hələ yekunlaşmayıb. Buna görə də yolun ayrı-ayrılıqda hazır olan hissələrinə giriş qadağan edilib.

    Anar Nəcəflinin sözlərinə görə, hazırda yol boyu işlər davam etdirilir və yolun tam olaraq növbəti ilin birinci yarısında istifadəyə verilməsi hədəflənib.

    Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyi tərəfindən bu yoldan istifadənin ödənişli olması ilə bağlı aidiyyatı qurumlara təklif edilsə də, hələ ki bunun müzakirəsi aparılmır və yolda hər hansı ödəniş avadanlıqları quraşdırılmayıb. /xezerxeber.az
    PAYLAŞ:

    Oxşar xəbərlər