Prezident: “Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir” - YENİLƏNİB

Prezident: “Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir” - YENİLƏNİB
  • Siyasət / Manşet

  • "Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında, islam həmrəyliyinin əldə olunmasında öz rolunu davam etdirəcək".

    Asiya.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Azərbaycanın inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlər var. Reallaşdırılan nəhəng layihələr ölkəmizin uzunmüddətli, dayanıqlı və uğurlu inkişafını dəstəkləyir, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilir”.

    ***

    Saat 14:10

    “2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”.

    APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: “İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir".
    PAYLAŞ:

    Oxşar xəbərlər