Ləğv edilmiş “DəmirBank” ASC-nin əmanətçilərinin nəzərinə

Ləğv edilmiş “DəmirBank” ASC-nin əmanətçilərinin nəzərinə
  • Sosial / İqtisadiyyat

  • Lisenziyası ləğv edilmiş "DəmirBank" ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.

    Asiya.az Trend-ə istinadən bildirir ki, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq.

    Əmanətçilər əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərlər.

    Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər