Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım necə olmalıdır? (VİDEO)

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım necə olmalıdır? (VİDEO)
  • Maraqlı / Araşdırma

  • Havaların soyuması ilə dəm qazından boğulma hallarına son zamanlar daha tez-tez rast gəlinir.

    Asiya.az "Xəzər TV"yə istinadən xəbər verir ki, qazdan boğulmaların artması bu vəziyyətə düşən şəxslərə ilkin tibbi yardımın necə edilməli olduğunu gündəmə gətirir.

    Mütəxəssislər bildirir ki, qazdan boğulan insana əvvəlcə rahat nəfəs alması üçün şərait yaradılmalıdır.

    Həkimlərin sözlərinə görə, qazda boğulan şəxsi, açıq havada tam özünə gəlmədən onu yenidən qapalı məkana keçirmək olmaz. İlkin yardım təkcə bununla bitmir. Vəziyyətə uyğun olaraq əlavə qabaqlayıcı tədbirlər də görülməlidir.

    Bakı Şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, bu il dəm qazından zəhərlənmə diaqnozu ilə mərkəzə 190 xəstə daxil olub. Onlardan yalnız 1-i dünyasını dəyişib.


    PAYLAŞ:

    Oxşar xəbərlər