Dövlət kasıbları dəfn etməyə nə vaxtdan başlayacaq? (AÇIQLAMA)

Dövlət kasıbları dəfn etməyə nə vaxtdan başlayacaq? (AÇIQLAMA)
  • Sosial

  • Prezident İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini əhatə edəcək.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Qaynarinfo-ya bildirib ki, qərar qəbul olunduqdan sonra hansı sənədlər və qaydaların olacağı haqqında daha dəqiq məlumat veriləcək:

    "İlk olaraq dəfn mərasimləri ilə bağlı qərarın Nazirlər Kabineti tərəfindən qəbul olunması gözlənilir. Həmin qərarda qaydalar müəyyən olunub. Orada da nəzərdə tutulub ki, aztəminatlı ailələr, xüsusilə dəfn mərasimini keçirməyə imkanı olmayanlara bələdiyyələrin nəzdində yaradılacaq qəbirstanlıqların idarə olunması ilə bağlı yaradılacaq təşkilat tərəfindən o xidmətlər göstəriləcək. Təbii ki, aztəminatlı ailələr maddi durumuna uyğun olaraq müəyyənləşir. Hansı sənədlər təqdim olunacaq, onların hamsı qərar qəbul olunduqdan sonra müəyyənləşdiriləcək".

    Nahid Məmmədov qeyd edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu gələn ildən artıq fəaliyyətə başlaycaq:

    "Cənab prezident tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Növbəti ildən artıq fəaliyyətə başlayacaq. Hələ ki, təşkilati məsələlər öz həllini tapmaq üzrədir. Artıq fonda icraçı direktor Mehman İsmayılov seçilib. Struktur formalaşdıqdan sonra, hər şeydən öncə ölkədə fəaliyyət göstərən məscidlərin rəhbərlərinə, din xadimlərinə maaş veriləcək. Bununla yanaşı fondun bir sıra səlahiyyətləri də var. Qazilərə, şəhid ailələrinə və digər şəxslərə yardımın göstərilməsidir. Təbii ki, yardımın dəqiq meyarı yoxdur. Bu layihələr şəklində və müraciətlərə uyğun olaraq müəyyənləşdirəcəklər. Artıq formalaşdırılmış struktur yaranandan sonra ola bilsin daxili əmrlə, ola bilsin müvafiq qaydalarla bu tənzimlənsin".
    PAYLAŞ:

    Oxşar xəbərlər