Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT
  • Maraqlı / Araşdırma

  • Elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Analıq hissi dünyanın heç bir hissi ilə müqayisə edilə bilməz və bu, Tanrının qadınlara bəxş etdiyi ən gözəl duyğudur. Amma bəzən hamiləlik zamanı edilən yanlış davranışlar onun pozulmasına və dölün tələf olmasına səbəb olur. Bəs bu arzuolunmaz halların qarşısını almaq üçün nə etmək lazımdır?

    Asiya.az ailem.az-a istinadən tanınmış azərbaycanlı ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlik zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı faydalı məsləhətlərini təqdim edir.

    1. Hamilə qadınlar vaxtlı-vaxtında qidalanmalıdırlar, əks halda bu, onların zəifləməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər. Qida rasionuna yumurta, tərəvəz kimi məhsullar əlavə edilməlidir. Yeməklər arasında fasilə ən az gündə 3-5 dəfə yemək üçün uzun olmalıdır.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    2. Əgər siz hamiləsinizsə, pendir dolu burger və pizzadan uzaq durmalısınız. Çünki bu, çəki artımına və su balansınızın pozulmasına səbəb olur.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    3. Kafein qəbulu azaldılmalıdır. Bu, düşüklərə və az çəkili uşaqların doğulmasına səbəb olur. 200 milliqram kafein qəbulu normaldır. Ancaq siz tərkibində kimyəvi kafein olan çay, kofe, meyvə çayları, meyvə şirələri qəbul etməməlisiniz.


    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT


    4. Yumşaq pendir, çiy ət və yumurta məhsullarından uzaq durmalısınız. Çünki onlar düşük, yenidoğulmuşun ölüm və ya ağır xəstəliklərinə səbəb olan zərərli bakteriyalarla zəngindirlər.


    5. Həkimlər hamiləlik dövründə gündəlik maye qəbulunu 300 ml, südvermə dövründə isə 700 ml kimi artırmağı məsləhət görürlər.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    6. Embrionun böyüməsini təmin etmək üçün hər gecə 10-11 saat yatmaq vacibdir.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    7. Hamiləlik zamanı tromblaşma, varikoz venalar, ayaqlarda iltihabi proseslərin qarşısını almaq üçün idmanla məşğul olmaq lazımdır. İdman və yoqa məsləhətdir.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    8. Ətrafda çəkilən siqaretlə nəfəs almaq belə, vaxtından qabaq doğuş, aşağı doğum çəkisi və yenidoğulmuşların qəfil ölümünə səbəb ola bilər.

    9. Hamiləlikdə spirtli içkilərdən döldə anomaliyalar və beyin inkişafı pozğunluqlarına səbəb olduğu üçün qaçınılmalıdır.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    10. Həkim təyinatı olmadan öz-özünə müalicə döldə ciddi fəsadlar yarada bilər.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    11. Kompüter qarşısında uzun müddət oturduqda ana və körpənin sağlamlığı üçün 10-15 dəqiqə fasilə etmək lazımdır.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    12. Təhlükəsizlik kəməri düzgün istifadə edildikdə hər hansı bir qəzanın qarşısını alır. Gözlənilməz qəzalardan qorunmaq üçün kəməri qarnın üstündən deyil, altından bağlamaq lazımdır.

    Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

    Təhlükəsizlik kəməri bud sümüyü və döş qəfəsi üzərindən keçərək sıx bağlanmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər