Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO

Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
  • Olay

  • Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

    Klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.

    DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.

    Asiya.az xəbər verir ki, klubdan qafqazinfo-ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.

    Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

    Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

    ***

    Fövqəladə Hallar Nazirliyi artıq 3 alpinistin axtarışına başlayıb.

    Nazirlikdən bildirilib ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb.

    Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib.

    Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

    ***

    "Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

    Bu barədə "Report”a klubdakı mənbə məlumat verib.

    B.Hüseynovun polis leytenantı olduğu bildirilir.


    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər