DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)

DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)
  • Olay

  • Xəbər verdiyimiz kimi, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

    Asiya.az azxeber.com-a istinadən xəbər verir ki, itkin düşən alpinistlərdən biri Hüseynov Babur Vaqif oğlu tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun qardaşıdır.

    Teleaparıcı özü bu haqda sosial şəbəkələrdə yazıb: "Qardaşım üçün etdiyiniz dualara görə, təşəkkür edirəm. Onu qucaqladığım anı canlı yayım edəcəm, özü də sizə təşəkkür edəcək. Ölməyəcək, mənim birdənəm, sağ qayıdacaq."

    Məlumata görə Babur "Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul olub.


    DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)
    DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)
    DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər