Prezident Gömrük Komitəsi ilə bağlı fərman imzaladı

Prezident Gömrük Komitəsi ilə bağlı fərman imzaladı
  • Siyasət / Manşet

  • Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Asiya.az-ın məlumatına görə, Əsasnamənin 3.1.22-ci yarımbəndinə "valyuta nəzarətini həyata keçirmək” sözlərindən sonra ", o cümlədən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görmək, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərmək, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etmək” sözləri əlavə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər