Fazil Məmmədov qudasını niyə işdən qovub?

Fazil Məmmədov qudasını niyə işdən qovub?
  • Sosial / Manşet

  • Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin tutduğu vəzifədən azad olunmasının səbəbi bəlli olub.

    Asiya.az xəbər verir ki, a24.az saytına daxil olan məlumata görə, Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədov cari ilin oktyabr ayının sonlarında qudası Namiq Əliyevi həmin Federasiyada maliyyə vəsaitlərinin külli miqdarda mənimsənilməsi, necə deyərlər "yeyinti” faktlarına görə tutduğu vəzifədən azad edib.

    F.Məmmədovun bu hərəkəti qudalar arasında münasibətlərin son dərəcə gərginləşməsinə gətirib çıxarıb.

    Qeyd edək ki, Federasiyada güləşçilər onlara təyin olunan və çoxlarının yeganə gəlir mənbəyi olan maaşlarını uzun müddət əldə edə bilməmişdilər. Bu arada, Namiq Əliyevin qardaşı Nazim Əliyevin direktoru olduğu, "Ataholdinq” Şirkətlər Qrupunun Şəmkirdə yerləşən "Qərb” filialının əməkdaşlarının artıq 4 aydır ki, məvaciblərini ala bilmədikləri və ağır maddi duruma düşdükləri barədə də redaksiyamıza məlumat daxil olmuşdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər