Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)

  • Manşet / Olay

  • Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun villalarından birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində olub.

    Asiya.az xəbər verir ki, "Yeni Müsavat”ın reportyor qrupu sözügedən ünvandan reportaj hazırlayıblar.

    Bildirilir ki, sözügedən ərazidə, Üçtəpənin girişinə yaxın hissədə böyük - qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət var.

    Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünüb. Jurnalistlər sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirmiş. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalışıb.

    Kənd sakinləri də yanğınsöndürənlərə kömək edib.

    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    Fazil Məmmədovun villasında yanğın: qəsd, yoxsa...? (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər