Rəhim Qazıyev azadlığa buraxıldı

Rəhim Qazıyev azadlığa buraxıldı
  • Sosial / Manşet

  • Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, onun həbs cəzası cərimə ilə əvəz olunub. Cərimələnən R.Qazıyev azadlığa buraxılıb.

    Xatırladaq ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs edilib. O, küçədə söyüş söymədə ittiham olunur.

    Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər