Ağstafada dəhşətli qətl - Maşını yandırıb, sürücünü öldürdülər

Ağstafada dəhşətli qətl - Maşını yandırıb, sürücünü öldürdülər
  • Hadisə

  • Ağstafada Gəncə sakini öldürülüb, meyiti yol kənarına atılıb.

    Asiya.az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Yenigün kəndində baş verib. 1977-ci il təvəllüdlü Samir Əliyevin meyiti günorta saatlarında kənddə yolun kənarında tapılıb. Qətl baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Məlum olub ki, hadisə yerindən təxminən 500 metr aralıda qətlə yetirilən Samir Əliyevə məxsus "VAZ-2104” markalı avtomobil də yandırılıb. Meyit müayinə olunduqdan sonra Ağstafa rayon prokurorluğunda cinayət işi açılıb.

    Hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyata başlanılıb. Baş verən dəhşətli qətlın araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər.

    Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər