Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO

Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO
  • Olay

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri alpinistlərin axtarışlarına qoşulub.

    Asiya.az bildirir ki, bu barədə Trend-ə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından məlumat verilib.

    "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

    Axtarışlarda iştirak edən Sirxan Məmmədov ən son bunları deyib:

    "26.12.17 tarixində itkin düşən dağçılarımızın axtarılması məqsədilə ərazidə axtarışlara qoşulmuşuq.

    27.12.17 tarixində 7 nəfər dağçı ilə Tufan dağının aşağı hissələrində, sağ və sol yamaclarında axtarışlar etdik. Hava şəraitinin dəyişməsi ilə axtarışları dayandırmalı olduq və FHN vertolyotu ilə havadan əraziyə baxış keçirdik və vertolyot ilə Xınalıq kəndinə qayıtmalı olduq. Gecə FHN əməkdaşları ilə axtarış planları hazırlandı və növbəti gün Şah yaylağında (Mahmud dərənin girişində) qərərgah quruldu və müxtəlif istiqamətlərdə axtarış-xilasetməyə qoşulan alpinist qrupların koordinasiyasını etməyə başladıq.

    28.12.17 tarixində Mahmud dərənin aşağı istiqamətlərində qar uçqunu olan hissələrində axtarışlara başladıq. Daha sonra 4 nəfər peşəkar dağçı ilə yüksək dağlıq ərazilərdə iz axtarılması məqsədilə 3000 m yüksəklikdə kamp qurduq.

    29.12.17 tarixində Mürsəl Qasımov ilə birlikdə axtarış məqsədilə zirvə istiqamətində 2B marşrutu ilə yol aldıq. 3500 m hündürlükdə müəyyən izlərə rast gəldik, lakin zirvə, zirvə ətrafı ərazilər və zirvə yolu üzərində itən dağçılarımıza aid heç bir izə rast gəlmədik. Bu qərara gəldik ki, dağçılarımız zirvədə olmayıblar.

    Zirvə yolu bizə belə ağır gəlməmişdi! Biz bütün gücümüzlə onları axtarırıq. Tufan dağına gedən bütün marsrutlarda axtarışlar davam edir".



    Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO
    Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO
    Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO
    Alpinistlərin axtarışlarıilə bağlı son məlumatlar - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər