“Yolka” ilk dəfə harda bəzədilib?

“Yolka” ilk dəfə harda bəzədilib?
  • Maraqlı / Araşdırma

  • Yeni ili yaşıl donlu, bər-bəzəkli küknarsız təsəvvür etmək qeyri-mümkündür. Çünki küknar həyat rəmzidir.

    Bu bənzətmə heç də təsadüfi deyil. Ona görə ki, şam ağacı ilin dörd fəslində yaşıllığını saxlayır. Bəs Yeni il bayramında küknar bəzəməyin mənası nədir? Bu da dünya xalqlarında müxtəlif mənalardadır. Amma ümumi olaraq bir izahı mövcuddur. Bunu öyrənmək üçün yenə də keçmişə səyahət etmək lazımdır. Bir çoxları küknar bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirirlər. Əslində isə, həyat rəmzi olan küknarın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.

    Sual edə bilərsiniz ki, bəs ilk dəfə hansı xalq Yeni il küknarından istifadə edib? Yeni il şənliklərində bəzədilən şam ağaclarını şotlandiyalılar dəbə mindirib. Yarpağı tökülməyən, həmişə yaşıl olan bu ağac cavanlıq rəmzi sayıldığı üçün şotlandiyalılar şeytanı qaçırmaq üçün onlardan yararlanıblar və sonradan bu ağac yeni ilin bəzəyinə çevrilib. Beləcə küknar bütün dünyada məşhurlaşıb.

    Yeni il “yolka”sı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya “yolka”nı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə “yolka” fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə “yolka” bütün dünyada məşhurlaşıb.

    azens.az
    PAYLAŞ:

    Oxşar xəbərlər