40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO
  • Maraqlı / Araşdırma

  • 1206-1227-ci illər ərzində monqol xalqının layiqli hökmdarı olan Çingiz xan 31 milyon kvadrat kilometrədək ərazi fəth edib. Tarixdəki heç bir sərkərdə bu rəqəmi yeniləyə bilməyib. Avropa və Asiyadan keçən qanlı yolunda saysız-hesabsız qurbanları olub. Ən qəddar fatehlərdən biri olan Çingiz xan buna baxmayaraq monqol mədəniyyətini təkmilləşdirib, xalqına dini azadlıq qaytarıb, eləcə də Şərq və Qərblə münasibətləri qaydasına qoyub.

    Bu tarixi şəxsiyyət haqda qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirək.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    1. Əsl adı

    Monqolların “ən qüdrətli xanı” 1162-ci ildə Onon çayı sahillərində doğulub. Körpə doğulanda ona Temuçin yəni “dəmir kimi möhkəm” adı verilir. Çingiz xan adı isə ona 1206-cı ildə monqol tayfalarının lideri seçilərkən “qurultay”da verilir. Xan sözü bildiyimiz kimi “hökmdar”, “yüksək rütbə” anlamına gəlir. Çingiz adının mənası isə, bəzi mənbələrdə “okean”, digərlərində “haqq-ədalət” mənasını daşıyır.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    2. Çətin uşaqlıq

    Temuçin hələ kiçik yaşlarından həyatın acılarına qalanmış, doğulduğu quraqlıq ərazilərin çətinliyinə tab gətirmişdi. Cəmi 9 yaşında ikən tatarlar atasını zəhərləyib öldürür, bir müddət sonra isə birgə yaşadığı qəbilə onu anası və bacı-qardaşları ilə birgə alaçıqlarından qovurlar. Yalnız yaşamaq məcburiyyətində qalan ana və uşaqlarının güzəranı birə beş ağırlaşır. Balaca Temuçin tez-tez balıq ovuna gedirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Yeniyetməlik dövründə isə özü və arvadı müxtəlif birləşmələr tərəfindən tez-tez qaçırılırdılar. Bir müddət əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb, qaçır və azadlığına qovuşur. 1120-ci illərdə isə özünü cəsur döyüşçü, güclü sərkərdə kimi tanıda bilir.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    3. Zahiri görünüş

    Çingiz xan dünya tarixinin ən məşhur liderlərindən olsa da, mənbələrdə şəxsi həyatı haqqında məlumat çox azdır. Hətta bir heykəlinə, portretinə belə rast gəlmək mükün deyil. Lakin əlyazmalarda cüssəli, hündürboy, saqqalı kişi kimi təsvir olunur. XIV əsrdə yaşayan fars tarixçisi Rəşid əl-Dina onu kürən saçlı, yaşıl gözlü sərkərdə kimi tanıdır. Lakin bu fərziyyədir, axı tarixçi böyük hökmdarı heçvaxt görməmişdi. Nəzərə alsaq ki, monqollar arasında sarışın və kürən insanlara çox az rastlanır, əl-Dinanın əlyazmasındakı fakt bir daha ifşa olunur.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    4. Keçmiş düşmən, bugünkü silahdaş


    Qüdrətli xan istedadlı insanlara hər zaman dəyər verirdi, bacarıqlı döyüşçülərinin tərəqqisinə imkan yaradırdı. Buna misal olaraq tarixdə çox maraqlı məqam var. Belə ki, döyüşlərin birində düşmən ordunun əsgərinin atdığı ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır.Möcüzə nəticəsində sərkərdə sağ qalır. Müharibədə qalib qələn monqol ordusu, düşmənləri əsir götürür. Çingiz xan əsirlərin qarşısına keçib, atını öldürüb, onu ağır yaralayan zərbənin müəllifinin kim olduğunu soruşür. Bir gənc cəsarətlə önə addımlayıb, “mən idim” deyir. Döyüşçünün bu cəsarəti xanı heyrətləndirir. Çingiz xan bu gəni öz ordusuna dəvət edir, adını isə “Cebe” yəni “oxatan” qoyur. Cebe tarixdə monqol ordusunun ən cəsur döyüşçüsü kimi qalır.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    5. Qisas

    Çingizxan adətən dövlətlərə sülh yolu ilə tabe olmağı təklif edirdi. Lakin lazım gələndə qılıncını da işə salırdı.Tarixdə qalmış ən qatı qisası isə 1219-cu ilə təsadüf edir. Belə ki, Xarəzm hökmdarı monqollarla bağladığı müqaviləyə sadiq qalmır. Üstəlik monqol ordusunun döyüşçülərini öldürür. Qəzəblənən Çingiz xan nəinki ordunu, hətta Xarəzm dövlətini süquta uğradır.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    6. 40 milyon cəsəd

    Tarixçilər hesab edirlər ki, monqol ordusunun bütün fəthləri boyu 40 milyon insan öldürülüb. Hətta əlyazmalarda Çin əhalisinin sayının birdən-birə kəskin şəkildə azaldığı da qeyd olunur. Hətta Xarəzmilərlə müharibə zamanı İran əhalisinin böyük hissəsini qılıncdan keçirdiyi də tarixi faktdır. Bir sözlə Çingiz xan ordusu dünya əhalisinin 11 faizini yer üzündən silib.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    7. Mədəniyyətlərə dəyər verən sərkərdə

    Digər imperiya qurucularından fərqli olaraq, Çingiz xan fəth etdiyi ölkələrin mədəniyyətlərinə dinlərinə böyük hörmətlə yanaşırdı. Hətta rəngarəng adətlərə mənsub olan dövlətlərin vergilərinə güzəşt edirdi. Bu özü də siyasi addım idi. Axı öz dinində, mədəniyyətində xoşbəxt olan insanı yola gətirmək daha asandır. Elə monqol qəbilələrində də dini tolerantlıq idi. Çingizxan özü və tərəfdaşları şamanizmə inam gətirdikləri bir dövrdə, digər monqol qəbilələri qatı xristian, buddist, müsəlman və digər dinlərdən idilər.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    8. Beynəlxalq poçt sistemi

    Tarixə nəzər salanda görürük ki, monqol ordusunun ən böyük gücü onların əlaqə sistemi olub. Çingiz xanın qərarı ilə məktub çatdıran xüsusi işçilər fəailiyyət göstərirdilər. Həmin şəxslər imperiyanın hər nöqtəsinə idilər və məktubları ən tez zamanda çatdırmaq üçün rəqabət aparırdılar.Bu işçilər hər 10 kilometrdən bir yeni ata minir, gün ərzində 300 kilometr məsafə qət edirdilər. Onlar xanın hər yerdə qulağı və gözü idilər.

    40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT - FOTO

    9. Çingiz xanın müəmmalı qəbri

    Böyük hökmdarın həyatı kimi ölümü də tarixdə böyük səs-səda doğuran faktdır. Belə ki, bəzi mənbələrdə ölüm səbəbi döyüş zamanı atdan yıxılması, digər mənbələrdə isə malyarıiya xəstəliyi göstərilir. Çingiz xanın həyatının son anlarınadək harda olması, hətta cənazəsinin harda basdırılması xalqdan gizlədilib. Deyilənə görə bu haqda məlumat əldə edən şəxslər də edam edilib. Odur ki, qəbri indiyədək bilinməyən hökmdarın harda basdırıldığı məlum deyil. Çingiz xan bugün monqol xalqının milli qəhrəmanı, qürur mənbəyidir. SSRİ dövründə isə xalqın milli-nmənəvi dəyərlərini məhv etmək üçün onun adını anmaq belə qadağan olunmuşdu.
    PAYLAŞ:

    Oxşar xəbərlər