Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər - Qadağan olundu

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər - Qadağan olundu
  • Sosial

  • Gürcüstan Respublikasında qəbul edilmiş yeni qərara əsasən, yanvarın birindən avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunur.

    Bu barədə “Novosti – Qruziyaya” xəbər verir.

    Məlumata görə, hətta indiyə qədər sükanının yeri dəyişdirilən avtomobillərlə bağlı da problem yarana bilər. Saytın verdiyi məlumata görə, bu maşınlar bir daha texniki baxışdan keçirilməlidir.

    Azərbaycanlı avtomobil alverçiləri ən çox Gürcüstana üz tuturlar. Və onların əksəriyyəti avtomobillərin sükanını sağdan sola keçirirdilər. Artıq onlar ölkəyə maşın gətirərkən bunu edə bilməyəcəklər.

    Onu da qeyd edək ki, Gürcüstanda yeni qaydalara əsasən, 1 yanvar 2018-ci il tarixindən etibarən avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

    azvision.az
    PAYLAŞ:

    Oxşar xəbərlər