Məşhur avtoritetin qardaşı oğlunu belə güllələdilər - VİDEO

Məşhur avtoritetin qardaşı oğlunu belə güllələdilər - VİDEO
  • Hadisə

  • Həbsdə olan türkiyəli avtoritet Alaattin Çakıcının qardaşı oğlu Adem Çakıcının İstanbulda bir otelin restoranında güllələnib.

    Asiya.az Haberler-ə istinadən xəbər verir ki, 32 yaşlı Adem Çakıcı yan masadan qalxıb yanlarına gələn iki şəxsdən biri tərəfindən vurulub.

    Şübhəlilər hücumdan sonra oteldən çıxaraq boz rəngli bir avtomobilə minərək qaçıblar. Hadisə yerinə xeyli sayda polis və təcili yardım briqadası cəlb olunub. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra vücuduna 5 güllə dəyən Adem Çakıcını xəstəxanaya çatdırıblar. Adem Çakıcı reanimasiyaya yerləşdirilib. Güllə Adem Çakıcının qarın boşluğuna, qoluna və ayaqlarına tuş gəlib.



    PAYLAŞ:

    Oxşar xəbərlər