Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
  • Sosial

  • Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

    Asiya.az xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

    Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər