Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar

Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
  • Manşet / Olay

  • Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

    Asiya.az-ın Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.

    Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

    Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

    Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

    Asiya.az bildirir ki, bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


    Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
    Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
    Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
    Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
    Bakıda daha bir avtobus qəzaya düşdü - uşağın boğazı kəsildi -Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər