Elzanın yeni şeiri :“Qadın bir şey istəyir, kişinin...”

Elzanın yeni şeiri :“Qadın bir şey istəyir, kişinin...”
  • Sosial

  • Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

    Asiya.az Elza Seyidcahanın "Qadın bir şey istəyir" adlı şeirini təqdim edir:

    Qadın bir şey istəyir
    Bir şey
    Deyim nə istəyir?
    Bir şey istəyir.
    Bir.
    Pul istəmir
    Mal istəmir.
    İki şey istəmir
    Bir şey istəyir o,
    Bir şey.
    Qabırğadır, qabırğa
    O istəyir.
    İstəyir o
    Bir şey olsun.
    Qabırğa olsun, qabırğa
    Çox şey istəmir ki?
    Qadın qadını başa düşür,
    Kişi kişini başa düşür,
    Kişi qadını başa düşmür?
    Kişinin işi qadına düşür,
    Qadının kişiyə işi düşmür?
    Kişinin beli bükülür,
    Qadının abırı tökülür
    Abırdan betər sökülür
    Onun istəyi bir şeydir
    Bir şey!
    Rəhm istəyir,
    Fəhm istəyir,
    Səhm istəmir,
    Baş tükündən yaratmadı
    Başlara çıxsın.
    Dırnaqlardan yaratmadı
    Yerə atılsın.
    Qabırğadan yaratdı ki,
    Ağuşa batsın,
    Tumara çatsın,
    Sığalda yatsın, yatsın,
    Batsın.
    Arzuya çatsın, çatın
    Yatsın.
    Tumar, tumar
    Sığal, sığal,
    Qabırğa
    Qabırğadır, qabırğa.
    Qadın bir şey istəyir,
    Bir şey.
    Qabırğa olmaq istəyir
    Qabırğa.
    İstəyir o bir şey.
    PAYLAŞ:

    Oxşar xəbərlər