Bakıda “Oba” marketin müdirini bıçaqladılar

Bakıda “Oba” marketin müdirini bıçaqladılar
  • Hadisə

  • Bakıda axtarışda olan şəxs tutulub.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Oba” marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.

    Araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər