Darçınlı bal qarışımı bir neçə dərmanı əvəzləyir… - Reseptlər

Darçınlı bal qarışımı bir neçə dərmanı əvəzləyir… - Reseptlər
  • Maraqlı / Araşdırma

  • Darçınlı bal qarışımı bir çox dərmandan daha qüvvətli və təsirlidir.

    Bu məlumatı Hindistan alimləri açıqlayıblar.

    Belə ki, Hindistanda aparılan araşdırma nəticəsində yanıq xəsarətindən əziyyət çəkənləri bir həftə ərzində balla müalicə ediblər. Nəticə isə inanılmaz olub. Yanıqların 91 faizi bu üsulla sağalıb.

    Bal və darçın qarışımı əksər xəstəliklərin müalicəsi üçün də istifadə edilir.

    Doğru miqdarda istifadə edildiyi təqdirdə şəkərli dibaet xəstələrinə də zərər vurmur.

    Hindistan və Yaponiyada aparılan araşdırma nəticəsində qarışımın mədə qazına müsbət təsir göstərdiyi məlum olub. Bundan başqa eqzema, göbələk və s tipli dəri xəstəliklərindən qoruyur. Mədə və sümük xərçənginin müalicəsində də müsbət effekt verir.

    Bəs bu qarışım necə hazırlanır?

    Öncə bir stəkan suyu qaynadın, içərisinə darçın qoyun və dəmləyin. Qaynar suya bal əlavə etməyin. İsti su baldakı vitaminləri öldürür. Su otaq temperaturunda olduğu zaman darçının iki qatı qədər bal əlavə edin.

    Qarışımdan boğaz ağrısı və infekisyaları azaltmaq üçün də istifadə edə bilərsiniz. Çünki immun sistemini gücləndirir. Vücudu bakteriyalardan qoruyur.
    Səhərlər darçınlı balı çörəklə yeməklə xolestrolu azalda bilərsiniz. Bununla yanaşı qarışım infarkt riskini də azaldır. Həmçinin damarları yeniləyir.
    Soyuqdəymə və qrip zamanı bir qaşıq balı yarım çay qaşığı toz darçınla qarışdırıb üç gün ərzində bir dəfə yeyin. Bu müalicə bir çox xroniki öskürəyi və soyuqlamanı sağaldacaq. (Medicina.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər