Masallıda iki azyaşlı qızını ataraq qaçan gəlin tapıldı

Masallıda iki azyaşlı qızını ataraq qaçan gəlin tapıldı
  • Hadisə

  • Masallıda övladlarını ataraq qaçan qadın tapılıb.

    Asiya.az xəbər verir ki, Masallıda iki azyaşlı övladını atıb qaçan 25 yaşlı Yeganə Məmmədova ötən gün "Bizimləsən" verilişinə gəlib.

    Studiyaya daxil olan Yeganə göz yaşı içində atasına sarılıb. Proqramda Yeganənənin "Özümə qəsd etmək istədim. Atamı gözümün qabağına aldım, edə bilmədim" sözləri hər kəsi göz yaşına boğub.

    Verilişin aparıcısı Zaur Baxşəliyev Yeganəyə "Atdığın addıma görə peşimançılığın varmı?" sualı ilə müraciət edib. Gənc qadın cavabında "Bəli, var" deyib.

    Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər