Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu- Yenilənib – Foto

Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu- Yenilənib – Foto
  • Sosial

  • Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək dörd nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüat məlum olub.

    Asiya.az-ın Report-a istinadən xəbərinə görə, quldurluq edən şəxs saxlanılıb.

    Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib. Hadisələr zamanı şəhər sakinləri - 48 yaşlı Samirə Miriyeva və 69 yaşlı anası Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev, 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Samirə Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb.

    Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsi 24 ünvanında yaşayan Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb. Barəsində axtarış elan olunub.

    Liman sakinlərinin sözlərinə görə, insanları vəhşicəsinə döyərək onlara ölümcül xəsarətlər yetirən Fərrux Zeynalovun psixi durumunda ciddi problemlər olub. Hətta onun özündən böyük qardaşının da psixi problemləri olduğu deyilir.

    Hadisələrin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilmir. Lakin barəsində axtarış elan olunan Fərrux Zeynalovun bu gün saxlanıldığı söylənilir.

    ***

    Lənkəranda manyak peyda olub.

    Asiya.az xəbər verir ki, bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən Lənkəran sakini göndərdiyi məktubda yazıb.

    Məlumata görə, manyak təxminən on gün olar ki, peyda olub.

    “Adamlar qorxudan evdən çölə çıxa bilmir. Artıq neçə nəfər manyakın hücumuna məruz qalıb. O, evə daxil olaraq kəsici alətlə ev sahiblərinin başından və qol nahiyəsindən zərbələr endirir, müxtəlif işgəncələr verərək döyür. Hətta bu yaxınlarda hücumuna məruz qalan qadınlardan biri xəstəxanada dünyasını dəyişib.

    Polis hər yerdə onu axtarır. İnternet vasitəsi ilə fotoları yayılıb. Kimliyi isə dəqiq bilinmir”, – məktubda bildirilib.


    Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu- Yenilənib – Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər