Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI
  • Sosial

  • Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

    Bölgələrdə də sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər