Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?

Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?
  • Araşdırma

  • Partlayış baş verən dəftərxananın sahibi İsrail Yusifov ərazidə qazıntının ötən gün "Azərsu” tərəfindən aparıldığını açıqlayıb.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, binanın zirzəmisinə su dolduğunu qeyd edib:

    "Buna görə də "Azərsu” kanalizasiya xəttini düzəltmək üçün iş aparıb. Bu zaman da qaz borusunu zədələyiblər. Nəticədə sızma baş verib. Yəqin ki, "Azərsu” dəymiş ziyanı ödəyər”.

    "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo”ya bildirib ki, partlayış baş verən bina yeni tikilidir: "Yeni tikililərdə isə işləri korporativlər özləri aparır. Biz heç bir qazıntı aparmamışıq. Bu bizim xidmət sferamıza aid deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər