Prezident: “Azərbaycan inkişaf parametrlərinə görə nümunəvi ölkələrdən biridir”

Prezident: “Azərbaycan inkişaf parametrlərinə görə nümunəvi ölkələrdən biridir”
  • Siyasət / Manşet

  • “Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.

    Asiya.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

    Dövlət başçısı bildirib ki, bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb: “2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər