Xanımların baş örtüsüz ibadəti - onların namazı səhihdir

Xanımların baş örtüsüz ibadəti - onların namazı səhihdir
  • Maraqlı, Araşdırma

  • İslamda qadının başını örtməsi Allahın əmri hesab olunur. Lakin günümüzdə ibadət edənlərin arasında baş örtüksüz qadınların sayı kifayət qədərdir.

    Bəs həmin qadınların qıldığı namaz, tutduğu oruc qəbul olunurmu?

    Bəzi mənbələr hesab edir ki, namaz qılarkən Allahın əmr etdiyi şəkildə örtünən, lakin çölə çıxanda başını açan qadınların namazının qəbul olunmamasına dair səslənən fikirlər yalandır.

    “Namazı doğru qıl. Şübhəsiz ki, namaz insanı pisliklərdən daşındırır”.

    Amma qılınan namazların insanı qısa zamanda pisliklərdən çəkib çıxardacağını söyləmək də düzgün deyil.

    Gündə 5 dəfə dəstəmaz alıb namaz qılan bir insan Rəbbinin qadağan etdiyi hərəkətləri etməməlidir.

    Başını örtməyən bir qadının orucunun qəbul olmaması fikirləri də yanlışdır.

    Belə hesab edənlər də var ki, baş örtüksüz qadının qıldığı namaz və tutduğu oruc Allah dərgahında başı bağlı bir qadının ibadətindən daha layiqli ola bilər. Buna görə də heç kimin heç kimə “başın açıq namaz qılma”, “başın açıq oruc tutma” demək kimi bir haqqı yoxdur.

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlamasında ilahiyyatçı Elvüsal Məmmədov bildirib ki, baş örtüyü geyinmədən namaz qılmaq olmaz:

    “Namaz ibadətdir, Allahla ünsiyyətdir, belə bir ali rabitədə, Yəni Allahla bir olduğumuzda onun qoyduğu qaydalara əməl etməliyik. Başını örtməyən xanımlara gəlincə, onların namazları səhihdir. Təbii ki, söhbət namaz qılarkən hicab geyinən xanımlardan gedir. Amma fərqində olmaq lazımdır ki, namaz qılmaqla necə savab qazanırıqsa, hicab geyinməməklə də Allahın buyruğunu yerinə yetirməmiş sayılırıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər