Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı – FOTO

Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı – FOTO
  • Sosial / Cəmiyyət / Manşet

  • Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.

    Asiya.az Lent.az-a istinadən xəbər verir ki, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında (“Milyonerlər məhəlləsi” adlanan ərazi) yerləşən dörd mərtəbəli ofisi satışa çıxarılıb.

    Ofisə ilkin olaraq beş milyon manat qiymət qoyulub.

    Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.

    Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.


    Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı – FOTO
    Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər