“Xəzər TV”də bədbəxt hadisə: xanım aparıcı xəsarət aldı

“Xəzər TV”də bədbəxt hadisə: xanım aparıcı xəsarət aldı
  • Sosial / Olay

  • "Xəzər TV"nin studiyasında bədbəxt hadisə baş verib.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

    Nəticədə xəsarət alan xanım aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər