YAP-dan Milli Şuranın boykot qərarına reaksiya: “Namizədləri yoxdur”

YAP-dan Milli Şuranın boykot qərarına reaksiya: “Namizədləri yoxdur”
  • Siyasət / Manşet

  • Milli Şura və AXCP aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini boykot qərarı verib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli öz "Feysbuk” səhifəsində yazıb.

    Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Mərkəzinin geniş bəyanatı elan ediləcək.

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a Milli Şuranın boykot qərarına münasibət bildirib.


    "Prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamı Konstitusiya tələblərinə uyğun və tamamilə qanuni bir sənəddir. Növbədənkənar seçkilərin keçirilməsi parktikası dünyada geniş yayılıb. Azərbaycanda birinci dəfə keçirildiyinə görə, xüsusi maraqla qarşılanır. Prezident ya da parlament seçkilərinin nə vaxt keçirilməsi ciddi siyasi qüvvələr üçün böyük əhəmiyyət daşımır. Çünki seçkilərə hazırlıq tək seçki prosesi müddətində deyil, uzun illərin fəaliyyətinin nəticəsi olur. Kimlərinsə seçkidə iştirak etməmək barədə bəyanatı onların seçkiyə hazırlaşmadığını, hər hansı bir ciddi sosial bazalarının olmadığını bir daha sübut edir. Seçkilərin önə çəkilməsinin səbəbləri barədə rəsmi dairələr tərəfindən kifayət qədər aydın məlumat verilib. 11 apreldə seçkilərin demokratik şəraitdə baş tutmasına heç bir şübhə yoxdur.


    Hesab edirəm ki, kimlərinsə boykot barədə çağırışları onların seçkiyə hazır olmadıqlarının göstəricisidir. Bu gün onların cəmiyyətə təqdim etməyə proqramları, cəmiyyəti birləşdirəcək namizədləri yoxdur. Azərbaycanın problemlərində iştirakı ilə bağlı hər hansı bir konsepsiyası mövcud deyil. Bu baxımdan onların bəyanatlarını ciddi qəbul etmək olmaz. Azərbaycan cəmiyyəti seçkiyə ciddi surətdə köklənib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər